Erdal Özyağcılardan 100 minlik jest

Erdal Özyağcılardan 100 minlik jest

"Gülümse Yeter" ilə ekranlara gələn aktyor Erdal Özyağcılar xanımına ad günündə bahalı hədiyyə verib.

O, həyat yoldaşı Güzin Özyağcılara 71 yaşı münasibəti ilə 100 min türk lirəsi (təxminən 50 min AZN) qiymətinə "Jeep" avtomobili alıb.

Hədiyyəni görüb həyəcanlanan Güzin bunları deyib:

"İnanırsız, uşaqlar, o qədər xoşbəxtəm ki. Sizə və ailəmə heç vaxt xoşbəxtliyin bitməməsini arzulayıram".

Ayşən Zeynallı