Canlı
Enrike İqlesiasın qızı ilə videosu 2 milyondan çox bəyənildi

Enrike İqlesiasın qızı ilə videosu 2 milyondan çox bəyənildi

Dekabrın ortalarında əkiz övladı dünyaya gələn müğənni Enrike İqlesias qızı Lüsi ilə videosunu paylaşıb. Rusiyalı idmançı Anna Kurnikova ilə vətəndaş nikahında yaşayan Enrike video-görüntüdə qızını öpüşlərə qərq edir. Qızının dilindən “Ata, məni bu qədər çox öpmə” söyləyən İqlesisasın səmimi davranışları izləyicilərin tərif dolu sözləri ilə qarşılanıb. Enrikinin videosu gün ərzində 2,7 milyon istifadəçi tərəfindən bəyənilib. Onlar Lüsinin Annaya daha çox oxşadığını qeyd ediblər. Qeyd edək ki, Enrikinin Nikolas adlı bir oğlu da var.

Videonu bu linkdən izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=zHeryo-37u8

2018-03-07 / 15:55