Emre Altuğdan alqışlanacaq hərəkət

Emre Altuğdan alqışlanacaq hərəkət

Müğənni Emre Altuğ İstanbulda baş verən terror hadisəsindən sonra polislərə dəstək olub.

O, insidentdən həmən sonra çölə çıxaraq ilk üzləşdiyi polis əməkdaşı ilə şəkil çəkdirib və onu "Instagram" səhifəsində paylaşıb.

Emrenin fotonun altından yazdığı status izləyiciləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

“Bəlkə də, ayrı bir vaxt olsaydı, bu polis əməkdaşı mənimlə şəkil çəkdirmək istərdi. Amma bu dəfə mən onunla şəkil çəkdirmək istədim”, - deyə o qeyd edib.

Ayşən Zeynallı