Emre Altuğ arzusuna çatdı

Emre Altuğ arzusuna çatdı

Model Çağla Şikel ilə 7 illik evliliyinə son qoyan müğənni Emre Altuğ vaxtını daim övladları ilə keçirir.

Emre Çağla ilə ayrılmağına baxmayaraq, yenə günün çox hissəsini birgə olurlar. Tez-tez övladları ilə fotolarını "Instagram" səhifəsində paylaşan müğənni bu dəfə də hesabında maraqlı şəkil yerləşdirib.

Özü və oğulları ilə “tripatör”ə minən Emre fotonun altından yazıb:

“Nəhayət ki, yalnız üçümüzün minəcəyi bir avtomobil tapdıq. Çox şükür”.

Ayşən Zeynallı