Canlı
Emma Ələkbərzadə 44 yaşını qeyd edir

Emma Ələkbərzadə 44 yaşını qeyd edir

Bu gün müğənni Emma Ələkbərzadənin doğum günüdür. Sənətçi 44 yaşını qeyd edir. Emma ad gününü ailəsi ilə birgə keçirəcəyini söyləyib. İfaçı ona ünvanlanan yaradıcılığı ilə bağlı suallara isə belə cavab verib: “Qarşıda yeniliklər gözlənilir, amma bu barədə hələ ki heç bir açıqlama vermək istəmirəm”. Xatırladaq ki, Emma Ələkbərzadə müğənni Sevda Ələkbərzadənin bacısıdır. O, Emil Çingiz adlı bəylə ailəlidir və bu nikahdan David adlı bir oğul övladı var.