Canlı
Elvin 11 il sonra yenidən bunu etdi

Elvin 11 il sonra yenidən bunu etdi

Müğənni Elvin Abdullayev 11 il əvvəl oxuduğu "Səndən sonra" mahnısını yenidən səsləndirib. Bəstənin musiqisi Aynur Adılqızına, sözləri Nüsrət Kəsəmənliyə məxsusdur. Elvin mahnısı ilə bağlı "11 il əvvəl oxuduğum bu mahnını izləyicilər məndən tez-tez istəyirdilər. Çünki bu, 2007-ci ilin ən hit bəstəsi idi. Mən də "Səndən sonra"ya yeni nəfəs qatdım və aranjiman etdirdim. Az da olsa dinləyiciləri 11 il əvvələ aparacam" sözlərini deyib.

Mahnını bu linkdən dinləyə bilərsiniz: https://www.youtube.com/watch?time_continue=39&v=yP0JZP2ZofU

2018-12-03 / 15:11