Canlı
Eltondan xanım ifaçıları əsəbiləşdirəcək açıqlama: "Pul üçün oxumasınlar"

Eltondan xanım ifaçıları əsəbiləşdirəcək açıqlama: "Pul üçün oxumasınlar"

Müğənni Elton Hüseynəliyev xanım ifaçıları əsəbiləşdirəcək açıqlama verib. Müğənni verilişlərin birində deyib ki, qadınların müğənnilik etməsinə yaxşı baxmır. O, qızlarına oxumağa heç vaxt icazə verməyəcəyini söyləyib: "İstəmirəm qızlarım müğənni olsun. Ona görə yox ki, pisdir müğənnilər. Uşağın hər şeyə marağı ola bilər. Uşaq vaxtı nə edirlərsə, dəstəkləyirik, uşaqlığını etməlidir. Əziyyətli sənətdir. Kim pis başa düşür düşsün. Xanım müğənni başqa cür olmalıdır. o, pul qazanmaq üçün oxumamalıdır".

2018-02-09 / 12:56