Elton həyat yoldaşı ilə barışıb

Elton həyat yoldaşı ilə barışıb

Müğənni Elton həyat yoldaşı Tamilla Hüseynəliyeva ilə birgə kameralara tuş gəlib. Rəsmi şəkildə boşandıqdan sonra Eltonla barışan T.Hüseynəliyeva danışıb:

-Tamilla xanım, son vaxtlar Eltonla sizi tədbirlər bir yerdə çox görürük...

- Əslində bir yerdə getmirik. Sadəcə ən yaxın dostlarımızın tədbirinə birgə gedirik. Hər yerdə bir yerdə olmuruq. Çox vaxt Elton tək gedir.

- Bəs həyat yoldaşınızı qısqanmırsınızmı?

- Mən qısqanc biri deyiləm. Eltonu heç vaxt qısqanmıram. Bilirsiniz niyə? Başa düşürəm ki, qısqanc olsam, ziyanı ancaq özümə vura bilərəm. Bəzi qadınlar kimi mənim xasiyyətimdə yoxdur ki, soruşam ki, "hardaydın", "Niyə gec gəldin"... Dır-dır etmək mənim xasiyyətimdə yoxdur. Təbii ki, onunla bağlı xoş söz eşitməyəndə xoşuma gəlməz. Amma başa düşürəm ki, Elton sənətdədir. Şükürlər olsun ki, bu gün onu qısqanmağıma ehtiyac da yoxdur.
Ayşən Zeynallı