Canlı
Elnurdan “Eurovision”a etiraz: “Öz mahnılarımızı yazaq”

Elnurdan “Eurovision”a etiraz: “Öz mahnılarımızı yazaq”

Ölkəmizi “Eurovision” yarışmasında iki dəfə təmsil edən Elnur Hüseynov mahnı seçimi ilə bağlı etiraz edib. Müğənni müsabiqə üçün əcnəbi bəstəkarlara müraciət olunmasını qınayıb. O bildirib ki, yarışmaya öz bəstəkarlarımızın mahnıları göndərilməlidir: “Bu sözü hər zaman demək istəyirdim. Vaxt gəldi ki, özümüz öz mahnılarımızı yazıb ölkəmizi təmsil etməliyik”. Qeyd edək ki, 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə "Eurovision"da Gövhər Həsənzadənin bəstələdiyi, sözlərini Zəhra Bədəlbəylinin yazdığı "Day After Day" mahnısını səsləndirib. Ondan sonra müsabiqə üçün əcnəbi bəstəkarlarla müraciət olunub.

2018-03-13 / 16:18