Canlı
Elnarə ilə Tolik arasında "tac" davası

Elnarə ilə Tolik arasında "tac" davası

Müğənni Elnarə Xəlilova verilişlərin birinə gedən zaman başına tac qoyub. İnstaqram səhifəsində paylaşılan şəklin altına prodüser Tarix Əliyev (Tolik) “Daha bilmədi nəylə gündəmə gəlsin” sözlərini yazıb. Elnarə ona “Elnarə elə həmişə gündəmdədir. Ola bilsin sənin gündəmində deyil” cavabını verib. Tolik daha sonra sözlərinə bunları əlavə edib: “Vallah, tacla gündəmdə qalmaqdansa, qalmamaq yaxşıdır. Sənin Maşallah səsin, sənətin var. Bəziləri kimi buna ehtiyacın yoxdur. Amma özün buna şərait yaradırsan. Mənim sözümü deməyə və kiməsə irad tutmağa bu aləmdə haqqım var. Ən azından sən çox işlər görmüsən bu sənətdə”. Qeyd edək ki, Tolikin xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoyması söz-söhbətə səbəb olmuşdu. Bu qalmaqala Nadir Qafarzadə də qoşulmuşdu.

2018-02-09 / 15:02