Eksternat təhsil üzrə imtahanlarda iştirak üçün sənəd qəbuluna başlanılır
Eksternat təhsilalma forması üzrə attestat almaq istəyən şəxslərdən sənəd qəbuluna başlanılıb.Sənədlər dekabrın 18-dək qəbul ediləcək. Ümumi orta təhsil haqqında attestat almaq istəyənlərin ən azı 16, tam orta təhsil haqqında attestat almaq istəyənlərin isə 18 yaşı olmalıdır.Eksternat təhsilalma formasının məqsədi təhsilini müxtəlif səbəblərdən başa vura bilməyən şəxslərə imtahanlarda iştirak edərək attestat əldə etmək imkanı yaratmaqdır.
url:
http://kepezfm.az/xeberler/eksternat-t%C9%99hsil-%C3%BCzr%C9%99-imtahanlarda-i%C5%9Ftirak-%C3%BC%C3%A7%C3%BCn-s%C9%99n%C9%99d-q%C9%99buluna-ba%C5%9Flan%C4%B1l%C4%B1r

