Eddi Redmeyn metroda

Eddi Redmeyn metroda

Kino dünyasının son zamanlar ən çox qazanan ulduzlarından olan Eddi Redmeyn London metrosunda görünüb.

"Oskar", BAFTA, "Toni" kimi nüfuzlu mükafatlar qazanan 34 yaşlı milyonçu aktyor metroda rahat şəkildə oturaraq qəzet oxuyub. Onu tanıyan sərnişinlərdən bir neçəsi fotosunu çəkib.

Aktyor bundan bir müddət əvvəl də metroda görüntülənmişdi.

Qeyd edək ki, keçən il "Hər şeyin nəzəriyyəsi" filmi ilə "Ən yaxşı aktyor" nominasiyasında "Oskar" qazanan Eddi bu il də "Danimarkalı qız" filmi ilə eyni mükafata namizəd olmuşdu.

Ayşən Zeynallı