Canlı
 Eddi Merfi onuncu dəfə ata olub

Eddi Merfi onuncu dəfə ata olub

57 yaşlı Eddi Merfi onuncu dəfə ata olub. Aktyor və 39 yaşlı sevgilisi Peyc Batçerin oğlu dünyaya gəlib. Cütlük sayca ikinci olan övladına Maks Çarlz Merfi adını qoyub. Maksın çəkisi 3 kiloqram, boyu isə 48 santimetrdir. Ana və körpə özünü yaxşı hiss edir. Qeyd edək ki, Merfi və Batçer 6 ildir sevgilidirlər. Yaxın günlərdə onlar evlənməyi planlaşdırırlar. Onların bu münasibətdən bir qız övladı var. Aktyorun bundan əvvəlki münasibətlərindən 8 övladı var.

2018-12-04 / 15:18