DTX: Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş şəxslər saxlanılıb

Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarının xaricdə qanunsuz silahlı birləşmələrə cəlb olunması və xüsusi xidmət orqanları tərəfindən kəşfiyyat-pozuculuq, terror məqsədləri üçün istifadəsi ilə bağlı araşdırmalar aparıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycanın hüdudlarından kənarda fəaliyyət göstərən qanunsuz silahlı birləşmənin təşkili, həmin qurum daxilində xarici dövlətin rəsmi şəxslərinin izlənilməsi və digər cinayət əməllərinə cəlb olunmuş, özlərini “kriminal aləm” nümayəndəsi hesab edən bir sıra şəxslər müəyyən edilərək ifşa olunub. 1995-ci il təvəllüdlü Amid Məmmədovun xarici ölkədə gizləndiyi yer müəyyən edilib və o, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Azərbaycana gətirilib. Digər şübhəlilər — 1997-ci il təvəllüdlü Nurlan Səfərov və 1983-cü il təvəllüdlü Edik İsrafilov da tutularaq cinayət məsuliyyətinə cəlb olunublar.

url: 
http://kepezfm.az/xeberler/dtx-xarici-x%C3%BCsusi-xidm%C9%99t-orqanlar%C4%B1n%C4%B1n-tap%C5%9F%C4%B1r%C4%B1%C4%9F%C4%B1-il%C9%99-a%C4%9F%C4%B1r-cinay%C9%99tl%C9%99r-t%C3%B6r%C9%99tmi%C5%9F-%C5%9F%C9%99xsl%C9%99r
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik