Donald Tramp İranla sazişin hələ yekunlaşmadığını bildirib
ABŞ Prezidenti Donald Tramp İranla mümkün sazişin hələ tam yekunlaşmadığını açıqlayıb. O, "Truth Social" hesabında bildirib ki, razılaşmanın hazırkı versiyasını hələ heç kim görməyib.Eyni zamanda, Tramp bir neçə Yaxın Şərq ölkəsi və Pakistan liderləri ilə telefon danışığında onları İsraillə münasibətlərin normallaşdırılmasına dair “İbrahim sazişləri”nə qoşulmağa çağırıb. "Axios" nəşrinin məlumatına görə, ABŞ lideri İranla bağlı münaqişə həll edildikdən sonra region ölkələrinin Təl-Əvivlə münasibətləri normallaşdıracağına ümid etdiyini bildirib.
url:
http://kepezfm.az/xeberler/donald-tramp-iranla-sazi%C5%9F-h%C9%99l%C9%99-yekunla%C5%9Fmad%C4%B1%C4%9F%C4%B1n%C4%B1-bildirib

