ABŞ Prezidenti Donald Tramp İrana qarşı geniş hərbi kampaniyanın başladılması ehtimalını gündəmə gətirib.O bildirib ki, İranın elektrik stansiyaları və körpülərinə zərbələrin endirilməsi ilə bağlı əmr verməyə yaxındır. ABŞ lideri Hörmüz boğazında hədəfə alınan helikopterin pilotlarının sağ qalmasını “möcüzə” adlandırıb.Tramp həmçinin “Truth Social” hesabında paylaşım edərək İranın danışıqları həddindən artıq uzatdığını və bunun nəticələrinə qatlaşacağını bildirib.Digər tərəfdən İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, ölkəsi müharibəyə can atmır, lakin suverenliyini və ərazi bütövlüyünü qorumağa hazırdır. İran hakimiyyəti ölkəni gələcək sarsıntılardan qorumaq üçün zəruri qərarlar qəbul edir. Pezeşkian vurğulayıb ki, mövcud çağırışların öhdəsindən gəlmək üçün cəmiyyətin bütün təbəqələrinin birliyi vacibdir. İran lideri həmçinin qeyd edib ki, müharibə ölkənin maraqlarına uyğun deyil, lakin hər hansı təhdid qarşısında Tehran geri çəkilməyəcək və öz müdafiəsini təmin edəcək.

