Doktoranturaya qəbul olmaq istəyənlər üçün qeydiyyat elan edilib
Dövlət İmtahan Mərkəzi doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanları üçün xarici dil və Azərbaycan dili imtahanlarına qeydiyyat elan edib.Qeydiyyat 11–14 iyun 2026-cı il tarixlərində elektron qaydada aparılacaq.İmtahanda iştirak ödənişlidir və məbləğ 110 manatdır. Xarici dil imtahanında minimum 25 bal toplayan namizədlər növbəti mərhələyə – fəlsəfə imtahanına buraxılırlar.
url:
http://kepezfm.az/xeberler/doktoranturaya-q%C9%99bul-olmaq-ist%C9%99y%C9%99nl%C9%99r-%C3%BC%C3%A7%C3%BCn-qeydiyyat-elan-edilib

