DMX Azərbaycana gələn Rusiya vətəndaşlarına çağırış edib
Dövlət Miqrasiya Xidməti Azərbaycana gələn Rusiya vətəndaşlarına ölkədə qalma müddəti ilə bağlı xəbərdarlıq edib.Rusiya vətəndaşları Azərbaycanda bir təqvim ili ərzində vizasız 90 gündən artıq qala bilməzlər. Bu tələb yetkinlik yaşına çatmayan şəxslərə də şamil olunur.Xidmət valideynləri uşaqların ölkədə qalma müddətinə nəzarət etməyə, zərurət olduqda isə müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin alınması üçün müraciət etməyə çağırıb.Qalma müddəti başa çatan şəxslər qanuni əsaslar olmadıqda ölkəni tərk etməlidirlər.
url:
http://kepezfm.az/xeberler/dmx-az%C9%99rbaycana-g%C9%99l%C9%99n-rusiya-v%C9%99t%C9%99nda%C5%9Flar%C4%B1na-%C3%A7a%C4%9F%C4%B1r%C4%B1%C5%9F-edib

