"Diriliş Ertuğrul" serialı oktyabrın ortalarında 3-cü mövsümə başlayacaq

"Diriliş Ertuğrul" serialı oktyabrın ortalarında 3-cü mövsümə başlayacaq

Oktyabrın ortalarında 3-cü mövsümə start verəcək "Diriliş Ertuğrul" serialında 11 yeni aktyor rol alacaq. Osmanlı İmperiyasının tarixindən bəhs edən ekran işinin aktyor heyətinə Batuhan Karakaya, Çağdaş Onur Öztürk,Cenk Kangöz, Erden Alkan, Elif Sümbül Sert, Fırat Topkorur, Gülçin Santırcıoğlu, Kürşat Alnıaçık, Osman Albayrak və Özlem Akınözü daxil edilib.Onların hansı rolları canlandıracağı hələlik açıqlanmayıb. Serialın prodüseri və ssenaristi Mehmet Bozdağ bildirib ki, işimizi dəqiqliklə etdiyimiz üçün bu mövsüm bir-iki həftə gecikəcəyik.
Ayşən Zeynallı