DİN: İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər məsuliyyətə cəlb olunub
Bakıda məktəblərdə vahid geyim qaydalarının tətbiqinə maneçilik törətməkdə və ictimai asayişi pozmaqda şübhəli bilinən 37 nəfər həbs edilib.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bir qrup şəxs məktəblərdə təhsil işçiləri ilə münaqişə yaradıb, təhsil müəssisələrinə zərər vurub, nəqliyyatın hərəkətinə və məktəblərin normal fəaliyyətinə mane olmağa cəhd edib.Faktla bağlı Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi başlanılıb.DİN-dən bildirilib ki, ictimai asayişin və təhlükəsizliyin qorunması istiqamətində tədbirlər davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/din-ictimai-qaydan%C4%B1-kobud-%C5%9F%C9%99kild%C9%99-pozan-37-n%C9%99f%C9%99r-m%C9%99suliyy%C9%99t%C9%99-c%C9%99lb-olunub

