DİN-ə gün ərzində daxil olan müraciətlərin çoxu sosial media ilə əlaqədardır

Daxili İşlər Nazirliyi rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi ilə bağlı risklərin artdığını bildirir.Nazirliyin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib ki, DİN-ə daxil olan müraciətlərin böyük əksəriyyəti sosial media və rəqəmsal mühitlə əlaqədardır. Onun sözlərinə görə, kiberməkanda dələduzluq, maliyyə fırıldaqları, qanunsuz məhsulların satışı və digər ağır cinayətlərin təşkili halları müşahidə olunur.Sosial şəbəkələrdə yaradılan saxta hesablar və yalançı şəxsiyyətlər vasitəsilə vətəndaşlar aldadılır, xüsusilə uşaqlar müxtəlif cinayətlərə təhrik olunur. O bildirib ki, bəzi platformalarda uşaqlar zərərli məlumat və təsirlərlə üz-üzə qalırlar.Rəqəmsal təhlükəsizliyin təmin edilməsi yalnız hüquq-mühafizə orqanlarının deyil, ailələrin, təhsil müəssisələrinin, media subyektlərinin və rəqəmsal platformaların da birgə məsuliyyətidir.Qanunvericiliyə təklif olunan dəyişikliklər isə rəqəmsal mühitin daha təhlükəsiz və məsuliyyətli idarə olunmasına xidmət edir.

url: 
http://kepezfm.az/xeberler/din-%C9%99-g%C3%BCn-%C9%99rzind%C9%99-daxil-olan-m%C3%BCraci%C9%99tl%C9%99rin-%C3%A7oxu-sosial-media-il%C9%99-%C9%99laq%C9%99dard%C4%B1r
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik