2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməyib.Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələr arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.Əlavə müsabiqənin nəticələrinə əsasən bakalavriat səviyyəsi üzrə 1870 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib ki, buna səbəb hər il qəbuldan sonra müxtəlif səbəblərdən, o cümlədən dövlət sifarişi hüququ qazanan bəzi şəxslərin xaricdə təhsil almağı seçməsi nəticəsində müəyyən yerlərin boş qalmasıdır.

