DİM: 2027-ci il imtahanlarında ciddi dəyişiklik olmayacaq
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, 2027-ci ilin imtahan proqramlarında ciddi dəyişiklik olmayacaq.9 və 11-ci siniflərin buraxılış imtahanlarının əsas modeli əvvəlki kimi qalacaq. Yalnız 11-ci siniflərin xarici dil imtahanında yazı bacarıqlarını yoxlamaq üçün yeni tapşırıq tətbiq ediləcək.Ali məktəblərə qəbul imtahanlarının modeli isə 2026-cı ildə olduğu kimi qalacaq.
url:
http://kepezfm.az/xeberler/dim-2027-ci-il-imtahanlar%C4%B1nda-ciddi-d%C9%99yi%C5%9Fiklik-olmayacaq

