Dilarə və Səmranın fotosu tənqid olundu

Dilarə və Səmranın fotosu tənqid olundu

"Eurovision" təmsilçilərimiz Dilarə Kazımova və Səmra Rəhimli ötən gün sosial şəbəkədə ən çox tənqid edilən tanınmışlardan olublar. İfaçıların birlikdə çəkdirdikləri cəsarətli foto İnstaqramda səhifələrdə yayılıb. "Altın kelebek" mükafatlandırma gecəsində obyektiv qarşısına keçən iki ifaçı qucaqlaşaraq foto çəkdiriblər. Hər iki müğənni qara libas seçib. Dilarənin geyimi uzun yarığı ilə diqqət çəkib. Səmra isə bikinidən ibarət bodidən istifadə edib. İzləyicilər iki ifaçının ehtiraslı duruşu ilə yanaşı, Səmranın paltarını da ələ salıblar. Ən çox tənqid edilən ifaçının eyni bodidən bütün fotolarda və kliplərdə istifadə etməsidir. Belə ki, izləyicklərin əksəriyyəti müğənniyə "Bunun da bir bikinisi var, əynindən çıxarmır" şərhini yazıblar.

2018-12-04 / 10:48