Dilarə və Elməddin təqdimata hazırlaşır

Dilarə və Elməddin təqdimata hazırlaşır

Əməkdar artist Dilarə Əliyeva və aktyor Elməddin Cəfərovun rol aldığı “Hoqqa” filminin çəkilişləri başa çatıb.

Ekran işi 2017-ci il yanvarın 26-də təqdim olunacaq.

D.Əliyeva söhbətində bildirib ki, film komediya janrındadır:

“Çalışdıq ki, gülməli film alınsın. Ssenarimiz maraqlıdır. Müəllifi Fariz Əliyevdir, çox istedadlı ssenaristdir. Elməddin və mənlə yanaşı Cəfər Namiq Kamal, Vüsal Murtuzəliyev, Nahidə Orucova və başqa aktyorlar rol alıb".

Ayşən Zeynallı