Dilarə sirrini açdı: "Hər gün Oqtayla 2 saat..."

Dilarə sirrini açdı: "Hər gün Oqtayla 2 saat..."

Əməkdar artist Dilarə Əliyeva hədsiz arıqlaması ilə diqqət çəkib.

Açıqlama verən aktrisa buna idman vasitəsilə nail olduğunu deyib.

O bildirib ki, həyat yoldaşı Oqtay Əliyevlə birlikdə hər gün açıq havada yeriyir:

“Hamı son vaxtlar görünüşümdəki dəyişikliyin səbəbini plastik əməliyyatla bağlayır. Elə bilirlər plastik əməliyyat etdirmişəm. Məni yaxından tanıyanların həyat tərzimdən xəbəri var. Ətrafımdakılar bilir ki, idmanla formada qalıram. Bu qədər fərqli görünməyimi isə saç və makiyaj ustalarıma borcluyam. Özüm də az əziyyət çəkmirəm. Çox çalışıram, səhər fitnesə gedirəm. Hər gün 2 saat Oqtayla bulvarda 12-19 kilometr sürətlə yeriyirik. Mənim 172 santimetr boyum var. Arıqlayandan sonra çəkim 62-yə düşüb”.

Ayşən Zeynallı