Dilarə Kazımova beynəlxalq festivalda ölkəmizi təmsil etdi

Dilarə Kazımova beynəlxalq festivalda ölkəmizi təmsil etdi

Müğənni Dilarə Kazımova Misirin Şarm-əş-Şeyx şəhərində keçirilən beynəlxalq festivalda ölkəmizi təmsil edib. Beynəlxalq Asiya və Hindistan kino festivalında çıxış edən müğənni Azərbaycanın xalq mahnısı Sarı gəlini də ifa edib. Ölkəmizi beynəlxalq kino festivalında təmsil etməkdən böyük şərəf hissi keçirən Dilarənin ifasını Misirin ali nümayəndələri, görkəmli şəxsləri və peşəkar ifaçılar dinləyiblər.

Nurlana Abdullayeva

2019-03-13 / 17:09