Deniz Akkayadan Ebru Gündeşə sərt ittihamlar...

Deniz Akkayadan Ebru Gündeşə sərt ittihamlar...

Model Dəniz Akkaya sosial mediada etdiyi paylaşımla hər kəsi təəccübləndirib.

Çoxları onun bu paylaşımla müğənni Ebru Gündeşə söz atdığını düşünür. D.Akkaya yazdıqlarında qeyd edib:

"... Gəldiyi yeri unudub, amma ətrafına qarşı hər zaman oynayır. Qapılar ardında dəyirmanın suyunun haradan gəldiyini düşünmədən, mavi qandan olduğunu mal-mülk üzərindən sübut etməyə çalışan... Amma hər zaman lağ obyekti olan, bir zamanlar qalereyaçı sevgilisinə milyardlarlarda oyuncaq aldıracaq qədər acgöz bir insan, nikahlı ərini ailəlikcə birləşib yıxmağa çalışan...

Saçını, başını evdə rənglə, yeməyini evdə ye, borc təyyarə ilə xaricdə yaşa, çünki artıq ayıblarını örtəcək qədər pullar uçub gedincə insan həqiqətlə üz-üzə qalır. Hər kəs başladığı yerə qayıdar... Xanımlıq məktəblərinə, kurslarına getsə də, o qız bir gün əslinə qayıdar, məhəllədə top oynayan yaşıdlarına meyllənir. Amma bunu heç kim yaddan çıxartmasın: Yaşayan atan üçün dəfn mərasimi etsən də, həqiqətlər hər zaman səni izləyəcək..."

Qeyd edək ki, D.Akkaya bu sözlərlə Ebrunun hazırda həbsdə olan ərinə xəyanət edərək futbolçu Ufuk Ceylanla olan münasibəti barədə xəbərlərə də reaksiya bildirib.

Ayşən Zeynallı