Canlı
Demet Okanla barışma səbəbini açıqladı

Demet Okanla barışma səbəbini açıqladı

Xəbər verildiyi kimi, bir müddət əvvəl həyat yoldaşı Okan Kurtdan borclarına görə boşanan müğənni Demet Akalın yenidən onunla bir araya gəlib. İfaçı əri ilə barışma səbəbini açıqlayıb. O, bunu qızı üçün etdiyini deyib: "2,5 yaşında mən atasız qaldım. Həyat mənim üçün həmişə əziyyətlə keçdi. Anama olan sevgimdən ona söz gəlməsin deyə həmişə qorxu içində olmuşam. Atasız keçən illərdə qonşu uşaqların evə ataları ilə gəldiyi görürdüm və bu mənə ağır gəlirdi. İndi Hiranı atasız qoymamaq üçün 2 aydır üzünü belə görmək istəmədiyim keçmiş ərimlə barışdığım üçün mənə nələr dedilər. Hiranın barışıq videosuna yalan deyənlər də oldu. Həmin sözü Hira namaz qılanda da demişdilər". Qeyd edək ki, Okanla Demet 6 illik evliliyə sentyabrda son qoymuşdu.

2018-12-05 / 09:30