Demet Kerimcana dəstək oldu

Demet Kerimcana dəstək oldu

Demet Akalın əvvəlki gün “Optimum” alış-veriş mərkəzində pərəstişkarları üçün konsert verib.

Konsert əvvəli müsahibə verən Akalın bir müddət öncə hücuma məruz qalan Kerimcan Durmazla bağlı bu sözləri söyləyib.

"Millətimiz çox qazanan insanları sevmir. Bu qədər mal düşməni olmayaq. İnsanların cinsi seçimlərinə də hörmət edək. Onu təmiz ürəkli bir uşaq olduğu üçün sevirəm ".

Qeyd edək ki, ifaçı yeganə adam deyil ki, Durmazın müdafiəsinə qalxır. Bundan əvvəl bir sıra məşhurlar da ona dəstək nümayiş etdirmişdilər.

Ayşən Zeynallı