Canlı
Demet etiraf etdi: “Okan üçün darıxıram”

Demet etiraf etdi: “Okan üçün darıxıram”

Sentyabrda həyat yoldaşı Okan Kurtdan ayrılan müğənni Demet Akalın bir neçə açıqlama verib. Sənətçi keçmiş həyat yoldaşı üçün darıxdığını deyib: “Özümü yaxşı hiss edirəm. Bizim başımıza yaxşı şeylər gəlmədi. Fikirləşdim ki, məni düşünməyib. Əslində o, məni hamıdan çox düşünürdü. Amma qızım üçün bitirdim. Mənim vicdanım rahatdır. Okan üçün hərdən darıxıram. Onun qardaşı evimi necə ofisi kimi göstərə bilər ki... Okan üçün hər şeyin yaxşı olmasını diləyirəm. Dedi ki, özümü toplayıb qarşına çıxacam. İlk bir ay ona çox əsəbi idim. İndi elə deyil. Görəndə salam verirəm. İnstaqramına heç baxmıram. Mənə maraqlı olan qızıma necə münasibət göstərməsidir. Boşanma ərəfəsində Hira qorxdu. Atasına “Sən qapıya gəlmə, anam evdən gedər” deyirmiş. Okanın çəkdiyi zəhmətə pis oluram. Mən də onun ailəsiyəm. İnciməyim buna görədir”.

2018-11-09 / 10:13