Daha bir məşhur cütlük boşandı
Türkiyənin tanınmış cütlüyü- aktrisa Ezgi Eyüboğlu ilə aktyor Kaan Yıldırım boşanıb.Bu barədə onlar instaqram səhifələrində məlumat yayıblar. Hər iki məşhur sima ortaq açıqlama yayaraq ayrıldıqlarını elan ediblər. Ortaq qərara gələrək boşanan cütlük bundan sonrakı həyatlarına hörmət və sevgi çərçivəsində dost olaraq davam edəcəklərini bildiriblər. Qeyd edək ki, Kaanla Ezgi 2016-ci ilin mayında nikah bağlamışdı.
Nurlana Abdullayeva
2019-06-27 15:08