Dənizdə batan şəxsin meyiti tapılıb
Noyabrın 18-də Sumqayıtda Dənizkənarı Bulvarının ərazisində dənizdə batan 2006-cı il təvəllüdlü Nəsrəddin Sədrəddin oğlu Şahaliyevin meyiti tapılıb.Bu barədə FHN-dən məlumat verilib.Bildirilib ki, meyit FHN-in dalğıcları tərəfindən şəxsin batdığı yerdən 600 metr aralıda, nəzarətsiz ərazidə suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
url:
http://kepezfm.az/xeberler/d%C9%99nizd%C9%99-batan-%C5%9F%C9%99xsin-meyiti-tap%C4%B1l%C4%B1b

