Dələduzluq və oğurluq faktları üzrə saxlanılanlar var
Bakıda vətəndaşlardan birinin dələduzluğa məruz qalması barədə polisə müraciət daxil olub. Keçirilən əməliyyatla əməli törədən C.Nəcəfov müəyyən olunaraq saxlanılıb.Araşdırma zamanı müəyyən edilib ki, C.Nəcəfov zərərçəkmişlə əlaqə yaradaraq onun oğluna hüquqi yardım göstərəcəyi vədini verərək zərərçəkmişdən 54 900 manat alıb.Faktla bağlı araşdırmalar davam etdirilir. Qaxda yerləşən evlərdən birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən S.Məmmədli müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi müəyyənləşdirilib.Faktla bağlı S.Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib.
url:
http://kepezfm.az/xeberler/d%C9%99l%C9%99duzluq-v%C9%99-o%C4%9Furluq-faktlar%C4%B1-%C3%BCzr%C9%99-saxlan%C4%B1lanlar-var

