Dünyaşöhrətli beynəlxalq səyahətçilər Xocavəndə səfər ediblər
Məşhur Most Traveled People klubunun təsisçisi Çarlz Vilinin başçılıq etdiyi beynəlxalq səyahətçilər heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.Səfər çərçivəsində Xocavənd rayonundakı Azıx mağarasının yerləşdiyi əraziyə gəliblər.Səyahətçilər bu gün həmçinin Şuşa və Ağdam rayonlarına da səfər edəcəklər. Onların oktyabrın 9-da Kəlbəcər-Ağdərə-Laçın, oktyabrın 10-da isə Zəngilan-Cəbrayıl-Füzuli marşrutları üzrə hərəkət etmələri planlaşdırılıb.
url:
http://kepezfm.az/xeberler/d%C3%BCnya%C5%9F%C3%B6hr%C9%99tli-beyn%C9%99lxalq-s%C9%99yah%C9%99t%C3%A7il%C9%99r-xocav%C9%99nd%C9%99-s%C9%99f%C9%99r-edibl%C9%99r

