Dövlət Yol Polisinin adından fişinq hücumları həyata keçirilir
Milli Kibertəhlükəsizlik Agentliyi Dövlət Yol Polisinin adından göndərilən saxta cərimə SMS-ləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.Agentlikdən bildirilib ki, kiberdələduzlar xarici nömrələrdən göndərdikləri mesajlarla vətəndaşları saxta “ASAN Pay” səhifələrinə yönləndirərək bank kartı məlumatlarını ələ keçirməyə çalışırlar.Vətəndaşlara naməlum keçidlərə daxil olmamaq, kart məlumatlarını paylaşmamaq və cərimələri yalnız rəsmi dövlət resurslarından yoxlamaq tövsiyə olunur.
url:
http://kepezfm.az/xeberler/d%C3%B6vl%C9%99t-yol-polisinin-ad%C4%B1ndan-fi%C5%9Finq-h%C3%BCcumlar%C4%B1-h%C9%99yata-ke%C3%A7irilir

