Dövlət xidmətində korrupsiya halları ilə bağlı 88 nəfər barəsində iş Baş Prokurorluğa göndərilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2026-cı ilin ilk 6 ayında korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı 48 fakt üzrə 88 nəfər barədə toplanmış materialları prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərib. Həmçinin 75 əməkdaş barəsində intizam tədbirləri görülüb, onlardan 2-si mənfi əsaslarla ehtiyata buraxılıb. Qurum bildirib ki, elektron xidmətlərin genişləndirilməsi və “MyGov” platformasının imkanlarının artırılması korrupsiya risklərinin azaldılmasına və şəffaflığın gücləndirilməsinə xidmət edir.
url:
http://kepezfm.az/xeberler/d%C3%B6vl%C9%99t-xidm%C9%99tind%C9%99-korrupsiya-hallar%C4%B1-il%C9%99-ba%C4%9Fl%C4%B1-88-n%C9%99f%C9%99r-bar%C9%99sind%C9%99-i%C5%9F-ba%C5%9F-prokurorlu%C4%9F

