Dövlət Xidməti Xətainin abidəsinin postamenti üzərindəki yazını araşdırır
Şah İsmayıl Xətainin Bakıdakı abidəsinin postamentindəki lövhədə yer alan yazının əlavə edilməsi məsələsi araşdırılır.Mədəniyyət Nazirliyi yanında Dövlət Xidmətindən bildirilib ki, 1993-cü ildə ucaldılan abidə dövlət mühafizəsindədir. Dövlət mühafizəsində olan abidələrə tarixi, bədii və memarlıq xüsusiyyətlərinə aid olmayan yazı və digər elementlərin əlavə edilməsi yolverilməzdir. Məsələ yerli icra hakimiyyəti orqanları və Mədəniyyət Nazirliyinin Ekspert Komissiyası ilə birgə araşdırılacaq. Qeyd edək ki, heykəlin üzərindəki "ŞAH İSMAYIL XƏTAİ" sözü yazılan və kənarları xüsusi ornamentlərlə bəzədilən metal lövhədə kiçik hərflərlə rus dilində "nəvəm İsmayıl Atakuşevə həsr olunur - İbrahim Zeynalov" cümləsi yazılıb.
url:
http://kepezfm.az/xeberler/d%C3%B6vl%C9%99t-xidm%C9%99ti-x%C9%99tainin-abid%C9%99sinin-postamenti-%C3%BCz%C9%99rind%C9%99ki-yaz%C4%B1n%C4%B1-ara%C5%9Fd%C4%B1r%C4%B1r

