Corc Kluni Suriyaya aid film ekranlaşdırır

Corc Kluni Suriyaya aid film ekranlaşdırır

Aktyor Corc Kluni Suriyadakı xilaskarlar barədə film üzərində işləyir

Aktyor həmkarı Qrant Xeslov ilə birlikdə tammetrajlı filmin çəkilişlərinə başlayır.

Film "Ağ dəbilqələr" adlı sənədli filmin motivləri əsasında ekranlaşdırılacaq. Ağ dəbilqələr Suriyada "Suriya vətəndaş müdafiəsi" kimi də məşhur olan könüllü xilaskarlar qrupunun adıdır.

"Ağ dəbilqələr" qrupuna silahsız və siyasi cəhətdən neytral düşüncəli könüllülər daxildir. Bu şəxslər xəsarət alanlara ilk yardımı göstərirlər.

Əldə edilən məlumata görə, 5 il ərzində qrup 70 min insana kömək edib. 2.9 min üzvündən 154 nəfəri isə qurban verib.

Ayşən Zeynallı