Conni Depp məhkəməyə verildi
Hollivud aktyoru Conni Depp boşanma ərəfəsində olan həyat yoldaşı Ember Herd tərəfindən məhkəməyə verilib.
Buna səbəb aktyorun xanımının tələb etdiyi 6,8 milyon dollar dəyərində olan təzminatı ödəməməsidir.
Herd jurnalistlərə müsahibəsində həmin pulları təcavüzə məruz qalan qadınlara və xəstəxanalara verəcəyini bildirib.
Lakin Depp sabiq həyat yoldaşının yalan danışdığını və onun xeyriyyə işi görməyəcəyini vurğulayır və təzminat verməkdən boyun qaçırır.
Ember, eyni zamanda, Connidə qalan “Range Rover” markalı avtomobilini, bəzi geyimlərini və əşyalarını da tələb edir.
Qeyd edək ki, cütlük 2015-ci ildə ailə həyatı qurub.
Ayşən Zeynallı