CeyLonun Antalya konserti üçün tələblərini eşidəcəksiz
Məşhur ulduz Cennifer Lopez qastrol səfəri çərçivəsində Türkiyənin Antalya şəhərində də konsert verəcək. 49 yaşlı ulduz məşhur otellərdən birinin Kral Villasında qalacaq. Bu otağın bir gecəlik qiyməti təxminən 7000 manatdır. Bundan başqa Lopezin istəkləri də olub. Belə ki, o villada istiliyin 14 dərəcə olmasını, ağ rəngli dekorasiyadan istifadə edilməsini , yataq otağında ağ qızılgül və zambaqların olmasını , Otağında mütləq, şirniyyat, şokolad, çips, müxtəlif meyvələrin olması, və müğənniyə özəl idman otağının hazırlanması olub. Qeyd edək ki, Cennifer iki saatlıq çıxışı üçün 560 min manat qonorar qazanacaq.
Nurlana Abdullayeva
2019-05-28 16:13