Ceyhun Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak edib
Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidenti Donald Trampın təşkil etdiyi qəbulda iştirak edib. XİN bildirib ki, Azərbaycan nəqliyyat, enerji, ticarət və investisiya sahələrində ABŞ-la əməkdaşlığın genişləndirilməsində maraqlıdır.Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Cammu və Kəşmir üzrə İƏT Təmas Qrupunun iclasında da çıxış edib. O, məsələnin beynəlxalq hüquq və BMT qətnamələrinə uyğun sülh yolu ilə həllinə Azərbaycanın sadiqliyini vurğulayıb və Hindistan-Pakistan münasibətlərinin normallaşmasının regional sabitliyə töhfə verəcəyini bildirib.
url:
http://kepezfm.az/xeberler/ceyhun-bayramov-tramp%C4%B1n-t%C9%99%C5%9Fkil-etdiyi-q%C9%99bulda-i%C5%9Ftirak-edib

