Xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla BMT-nin Baş Assambleyası çərçivəsində Nyu-Yorkda görüş keçirib.Görüşdə Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat infrastrukturunun açılmasına xüsusi diqqət yönəlib. Bu kontekstdə sülhün faydalarının praktiki nümunələri kimi Azərbaycan və Ermənistan arasında ticarət və tranzit əlaqələri vurğulanıb.Nazirlər birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər. Bundan başqa, Ceyhun Bayramov sessiya çərçivəsində dənizə çıxışı olmayan ölkələrin xarici işlər nazirlərinin toplantısında Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini birləşdirən tranzit və logistika qovşağına çevrildiyini bildirib.ABŞ Ticarət Palatasının dəyirmi masasındakı çıxışında isə Azərbaycan-ABŞ strateji tərəfdaşlığı, enerji, ticarət, süni intellekt və regional bağlantı məsələlərindən danışıb.Bayramov İslam Əməkdaşlıq Təşkilatının iclasında da çıxış edib. O, islamofobiyaya qarşı mübarizədə həmrəyliyin vacibliyini vurğulayıb və Azərbaycanın Fələstinin dövlətçiliyinə dəstəyini təsdiqləyib.Nazir 2027-ci ildə Azərbaycanda keçiriləcək İƏT sammitinə hazırlıq barədə də məlumat verib.

