Ceyhun Bayramov BMT-də TRIPP layihəsinin regiondakı rolundan danışıb

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən tədbirdə çıxış edib.ABŞ hökumətinin təşkilatçılığı ilə keçirilən “Sülh vasitəsilə rifah: Trans-Xəzər Ticarət Marşrutuna və TRIPP-ə investisiya” adlı tədbirdə nazir Azərbaycanın regional bağlantıların gücləndirilməsi ilə bağlı mövqeyini təqdim edib.Ceyhun Bayramov bildirib ki, nəqliyyat və logistika əlaqələrinin inkişafı iqtisadi artıma, təchizat zəncirlərinin dayanıqlığının artırılmasına və yeni investisiya imkanlarının yaranmasına şərait yarada bilər.Nazir TRIPP layihəsinin Azərbaycan ərazisinin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısı yaradacağını, bununla yanaşı, regional əlaqələrin və enerji əməkdaşlığının inkişafına töhfə verə biləcəyini vurğulayıb.Layihənin həyata keçirilməsində ABŞ-ın dəstəyi yüksək qiymətləndirilib.

url: 
http://kepezfm.az/xeberler/ceyhun-bayramov-bmt-d%C9%99-tripp-layih%C9%99sinin-regiondak%C4%B1-rolundan-dan%C4%B1%C5%9F%C4%B1b
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik