Ceyhun Bayramov Ankarada TDT-nin Zirvə görüşündə iştirak edib
Xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşündə iştirak edib.Nazir çıxışında Azərbaycanın TDT-yə sədrliyi dövründə əsas prioritetin regional sülh və təhlükəsizlik olduğunu bildirib. O, Ermənistanla sülh sazişinin imzalanması üçün zəruri addımların atılmasının vacibliyini vurğulayıb.Çıxışda Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizinin reallaşdırılması, enerji və nəqliyyat əlaqələrinin genişləndirilməsi, eləcə də türk dövlətləri arasında iqtisadi və mədəni əməkdaşlıq məsələlərinə toxunulub.Zirvə görüşünün sonunda Ankara Bəyannaməsi qəbul edilib.
url:
http://kepezfm.az/xeberler/ceyhun-bayramov-ankarada-tdt-nin-zirv%C9%99-g%C3%B6r%C3%BC%C5%9F%C3%BCnd%C9%99-i%C5%9Ftirak-edib

