Ceyhun Bayramov: 15 il ərzində 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımını alıb
Son 15 il ərzində 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımını alıb.Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin yaradılmasının 15 illiyinə həsr olunmuş Konfransda bildirib.Nazir bildirib ki, ölkə 2020-ci ildən etibarən beynəlxalq yardıma təxminən 400 milyon dollar yönəldib. Azərbaycanın beynəlxalq yardımının əhəmiyyətli hissəsi təhsil sahəsinə ayrılır. İndiyədək 120-dən çox ölkədən olan tələbələr Azərbaycanda təhsil alıb və ya hazırda təhsillərini davam etdirirlər.
url:
http://kepezfm.az/xeberler/ceyhun-bayramov-15-il-%C9%99rzind%C9%99-140-dan-%C3%A7ox-%C3%B6lk%C9%99-az%C9%99rbaycan%C4%B1n-beyn%C9%99lxalq-yard%C4%B1m%C4%B1n%C4%B1-al%C4%B1b

