Ceyhun Bayramov çinli həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib
Xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan çinli həmkarı Van İ ilə görüşüb.Görüşdə siyasi, iqtisadi, ticarət və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.Tərəflər ötən il qurulan hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb, Orta Dəhlizin inkişafı və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.Görüşdə regional və beynəlxalq məsələlər, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb.
url:
http://kepezfm.az/xeberler/ceyhun-bayramov-%C3%A7inli-h%C9%99mkar%C4%B1-il%C9%99-regional-t%C9%99hl%C3%BCk%C9%99sizliyi-m%C3%BCzakir%C9%99-edib

