Cey Zi ilk milyarder reper oldu
Forbes jurnalı Amerikalı reper Cey Zini ilk milyarder reper elan edib.Ilk albomu 1996-cı ildə çıxan müğənninin gəliri təkcə musiqidən deyil.Onun ən böyük gəlirini məşhur brendlərdən birindən qazandığı 310 milyon dollar, müxtəlif şirkətlərə yatırdığı sərmayələrdən qazandığı 220 milyon dollar təşkil edir. Ümumilikdə isə reperin musiqi biznesi, daşınmaz əmlak və müxtəlif şirkətlərdən əldə etdiyi sərvəti 1 milyard dolları ötüb.
Nurlana Abdullayeva
2019-06-04 10:25