Canlı
Cessika Alba  bayram günü üçüncü dəfə ana oldu

Cessika Alba bayram günü üçüncü dəfə ana oldu

Aktrisa Cessika Alba dekabrın 31-də üçüncü dəfə ana olub. Keş Uorrenlə ailəli olan aktrisanın oğlu dünyaya gəlib. Oğlunun ilk fotosunu sosial şəbəkə izləyiciləri ilə paylaşan Cessika “Heys Alba Uorren. 31.12.2017 – Yeni ilimizin ən gözəl hədiyyəsi! Keşlə çox xoşbəxtik! Hevenlə Onor da qardaşlarının dünyaya gəlməsinə çox sevinirlər” yazıb. Qeyd edək ki, Cessika ilə Keşin 9 yaşlı Onor, 6 yaşlı Heven adlı iki qızı da var.

2018-01-03 / 10:08