Cem Yılmaza Sinan Akçıldan cavab gəldi

Cem Yılmaza Sinan Akçıldan cavab gəldi

Məşhur müğənni Sinan Akçıl keçdiyimiz günlərdə jurnalistlərin verdiyi suala- "Sinan kimdi?" cavabını verən Cem Yılmazla əlaqədar danışıb.

Sinan Akçıl əvvəlki gecə klublardan birində konsert verib. Səhnə əvvəli mətbuat mənsublarıyla bir araya gələn müğənniyə, adı bir dövr köhnə eşqi Ebru Şallıyla xatırlanan Cem Yılmaz haqqında suallar yönəldilib.

Bir müddət öncə "Fuerza Bruta" adlı nümayişi izləməyə gələn Yılmaza çıxışda "Sinan Akçıl da içerideydi, gördünüz mü?" deyə soruşulduqda, məşhur komediyaçı "Sinan kimdi?" deyə cavablamışdı.

Akçıla Yılmazın o cavabı xatırladıldığı zaman, "Elə deməmiş adam. Qarışıqlıqda başa düşməyib. Bunlar çox əhəmiyyətli deyil. Hər kəs məni tanımaq məcburiyyətində deyil", -deyə söyləyib.

Ayşən Zeynallı